M-audio musiqi kompyuter interfeysi, studio avadanlıqları, midi kontroller, sintizatorlar , mikrofonlardan səs kartlarına qədər əsas musiqi avadanlıqları sahəsində ən əsas brendlərdən biridir. Brend 1988-ci ildə Midiman adı altında qurulub. 2000-ci ildən etibarən M-Audio adını alıb. Oxygen seriyalı məhsulların satış rekordları qırması ilə portativ klaviatura nəzarətçisinin mühüm yeni kateqoriyası yarandı.M-Audio indi MIDI interfeysləri, klaviatura nəzarətçiləri, nağaralar, səsyazma monitorları və sabvuferlər, qulaqlıqlar və mikrofonlar da daxil olmaqla həm həvəskar, həm də peşəkar musiqi bazarlarına xidmət edən geniş çeşiddə ən müasir məhsullar təklif edir. Promusic olaraq M-Audio brendinə məxsus səs kartlarının , midi klaviş və aksesuarlarının, mikrofonların , studio monitorlarının və s məhsulların satışını həyata keçiririk.