Bəli, siz məhsulları 18 ayadək hissəli ödəniş şərtlərilə əldə edə bilərsiniz. Əksər məhsullar 6 ayadək faizsiz hissəli ödəniş şərtlərilə, ilkin ödənişsiz, iş yerindən arayış tələb olunmadan təqdim olunur.
Onlayn mağazada məhsulu 3 aydan 18 aya qədər kreditlə əldə edə bilərsiniz. Bunun üçün anketə öz məlumatlarınızı daxil etməniz və şəxsiyyət vəsiqəniz kifayətdir. Kredit üzrə faiz dərəcələri ilə seçdiyiniz məhsulun kredit cədvəlində tanış ola bilərsiniz.
Məhsulu kreditlə əldə etmək üçün sənədləşmə şəxsiyyət vəsiqəsilə həyata keçirilir. İş yerinin olmağı şərtdir. (İstisna hal olaraq hesablanmış faiz dərəcəsi də daxil olmaqla, iş yeri olmayanlara 450 azn qədər məhsul krediti ayıra bilərik). İş təcrübəniz minimum 3 ay olmalıdır. Banklarda ödənişlərinizin gecikməsi olmamalıdır. Kreditə daxil olan minimum məbləğ 100 azn-dən başlamalıdır. Məhsullar maksimum 18 aylıq rəsmiləşdirilir.
Bəli bütün məhsullara rəsmi zəmanət var.
Promusic mağazalarından istər nağd, istərsə də hissəli ödənişlə əldə olunan bütün məhsulların ödənişi yalnız Azərbaycan Respublikasının milli valyutası – Azərbaycan manatı (AZN) ilə hesablanır.