Diqqət! Xahiş olunur, bu veb-saytdan istifadə etməzdən öncə “İstifadə Qaydaları” ilə ətraflı tanış olun. Əgər şərtlərlə razı deyilsinizsə, veb-saytı tərk edə bilərsiniz. Əks halda veb-saytdakı ziyarətiniz və edəcəyiniz hər bir hərəkət qaydalardakı şərtlərlə bütünlüklə razı olduğunuz anlamına gələcək. Bu veb-sayt, ümumilikdə, müəllif hüquqları və əmtəə nişanları ilə qorunur. Hörmətlə, ProMusic şirkəti Hörmətli istifadəçi! Nəzərinizə çatdırırıq ki, www.promusic.az saytı “ProMusic” mağazasının rəsmi veb-saytıdır. Bu sənədin mətnində bundan sonra ismin müvafiq hallarında “Biz” deyildikdə, “ProMusic” şirkəti nəzərdə tutulacaqdır. Biz bu qaydalara, həmçinin, veb-saytdakı bütün digər məlumat və materiallara istənilən vaxt birtərəfli şəkildə əlavə və dəyişikliklər edə və etdiyimiz belə əlavə və dəyişiklikləri bu veb-saytda yerləşdirə bilərik. Qaydalara edilmiş əlavə və dəyşikliklərə dair bildirişlərin bu veb-saytda yerləşdirilməməsi belə əlavə və dəyişikliklərin hüquqi qüvvəsinə hər hansı formada təsir göstərmir və gələcəkdə onun etibarsızlığına əsas verən səbəb ola bilməz. Veb-saytda əks olunan məlumatlar Sizin istifadəniz üçündür. Biz veb-saytda etibarlı və müasir informasiya yerləşdirməyə cəhd göstəririk, lakin bu Veb-saytda yerləşdirilən və ya təklif olunan məlumat və materialların düzgünlüyü, vaxtında yerləşdirilməsi, bütövlüyü və (və ya) uyğunluğu barədə zəmanət və ya təminat vermirik. Siz bu məlumat və materiallarda xətalar və (və ya) səhvlər ola biləcəyini və bizim hər hansı belə xəta və (və ya) səhvlərə görə qanunvericilik çərçivəsində müəyyənləşdirilmiş həddə məsuliyyətdən azad olduğumuzu qəbul edirsiniz. Bu veb-saytda olan hər hansı məlumatların və ya materialların istifadəsi ilə bağlı bütün risklər Sizin öz üzərinizdədir və buna görə Biz heç bir məsuliyyət daşımırıq. Bu veb-saytda yerləşdirilən bütün məlumatlar, sənədlər, o cümlədən, veb-saytın dizaynı, tərtibatı, görünüşü və qrafikləri, həmçinin bütün digər materiallar üzərində hüquqlar bizə məxsusdur. Belə məlumatlar, sənədlər, materiallar bizim bilavasitə və aşkar yazılı razılığımız olmadan hər hansı formada yüklənə, sürəti çıxarıla, yayıla, yenidən dərc edilə, çoxaldıla, nümayiş etdirilə, elan oluna və ya ötürülə bilməz. Bizim Veb-saytdan daha geniş istifadə edə bilməyiniz üçün qeydiyyatdan keçməlisiniz. Qeydiyyatdan keçərkən barənizdə tələb olunan müəyyən şəxsi məlumatları müvafiq xanalara daxil etməyiniz mütləqdir. Belə məlumatları daxil edərkən qrammatik tələblərə riayət etməyiniz xahiş olunur. Daxil etdiyiniz məlumatlardakı yalnışlıqlara və ya belə məlumatdan istifadə etməklə qeydiyyatdan keçərək aktivləşdirdiyiniz hesabla etdiyiniz hərəkət və ya hərəkətsizliklərə görə Biz heç bir məsuliyyət daşımırıq. Veb-saytdan hər hansı məhsulu əldə etmək barədə qərar verdikdə, Siz müəyyən əməliyyatları etməklə ödəmə səhifələrinə yönləndirilirsiniz. Daxil etdiyiniz bank (kart) məlumatlarının təhlükəsizliyinə görə Biz heç bir məsuliyyət daşımırıq. Həmin məlumatlarınız (bank məlumatlarınız) bizim serverlərdə saxlanılmır. Lakin Siz müəyyən xidmətlərimizin operativliyini təmin etmək məqsədilə yalnız öz iradəniz daxilində və öz arzunuza görə, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 41-ci maddəsinin (“bank sirri”) tələblərini gözləmək şərtilə, bank hesabınıza dair məlumatları bizə təqdim edə bilərsiniz. Biz həmin məlumatları qorumağa və yaymamağa görə cavabdehlik daşıyırıq. Sizin bu veb-sayta yerləşdirdiyiniz və göndərdiyiniz məlumatlar, habelə veb-saytda həyata keçirdiyiniz əməliyyatlarınıza, hərəkət tarixçənizə dair bütün məlumatlar bizim üçün mütləq konfidensial xarakter daşıyır və onların konfidensiallığının qorunmasına zəmanət verilir. Belə məlumatların konfidensiallığının təmin edilməsinə dair ətraflı məlumatla saytımızın “Məxfilik Siyasəti” bölməsində tanış ola bilərsiniz. Siz, bu veb-saytın və ya burada keçidi verilmiş hər hansı başqa saytın istifadəsi ilə əlaqədar yaranan və ya yaranması iddia olunan zərər və ya ziyana görə bizim birbaşa və ya dolayısı ilə məsuliyyət və ya cavabdehlik daşımayacağımızı qəbul edir, bununla razılaşırsınız. Biz, bu veb-saytdan və ya bu veb-saytda verilmiş keçidə daxil olmaqla digər veb-saytdan istifadə etməyiniz nəticəsində (habelə hər hansı materialı yükləməyiniz nəticəsində) sizin kompüter avadanlıqlarınıza, mobil cihazlarınıza və bu qəbildən olan bütün digər avadanlıqlarınıza sızmış viruslar və ya texnoloji cəhətdən digər zərərli materiallar tərəfindən dəyən hər hansı zərər və ya ziyana görə məsuliyyət daşımırıq. Bu veb-sayt vasitəsilə Sizə iştirakçıların hüquq bərabərliyi, iştirakçıların iradə sərbəstliyi, iştirakçıların əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, müqavilə azadlığı, sahibkarlıq fəaliyyətinin maneəsiz həyata keçirilməsi, azad və ədalətli rəqabət, malların, xidmətlərin və maliyyə vəsaitlərinin sərbəst hərəkəti, hüquqların məhkəmədə müdafiəsinə təminat verilməsi prinsiplərini rəhbər tutmaqla, “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq elektron ticarət etmək imkanı təklif olunur. Bu veb-sayt vasitəsi ilə Siz elektron ticarət etməklə mülki dövriyyəsi qadağan edilməyən və “ProMusic” mağazasında satışı həyata keçirilən malları əldə edə bilərsiniz. Veb-saytımızın inkişafının və əlçatanlığının təmin edilməsində öz töhvənizi vermək kimi bir niyyətiniz olarsa, o zaman Siz könüllü olaraq bu Qaydalarda göstərilən elektron poçt vasitəsi ilə Bizə müxtəlif mətnlər, şəkillər, səslər, proqramlar və ya başqa məlumatlar (materiallar) göndərə bilərsiniz. Bu tip elektron maili göndərməklə Siz təqdim etdiyiniz müvafiq mətnlər, məlumatlar və materiallardan tam həcmdə və öz iradəmiz daxilində istifadə etmək hüququnu Bizə ötürmüş olursunuz. Həmçinin, Siz təminat verirsiniz ki, bu mətnlər, məlumatlar və materiallar qanunidir, qanuni yolla əldə edilmişdir və digər şəxslərə ziyan vura bilməz. Belə mətnlərə, məlumatlara və materiallara dair Biz konfidensiallıq öhdəliyi daşımırıq. İntellektual mülkiyyət hüququnu pozan, böhtan, hədə, yoxlanılmamış, yalnışlığa, cəmiyyətə və dövlətə qarşı açıq çağırışlara sövq edən, təhqiramiz, nalayiq, skandal, təhrikçi, pornoqrafik xarakter daşıyan, şəxslərin şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl yetirən məlumat və materialların və ya Azərbaycan Respublikasının qanunvericiliyini pozan və qanunsuz davranışa səbəb olan və yaxud təhrik edən bu kimi başqa məlumat və materialların yerləşdirilməsi və ya verilməsi məqsədilə bu Veb-saytdan istifadə etmək qəti qadağandır. Bu kimi neqativ hallar baş verərsə, tərəfimizdən dərhal müvafiq hüquq-mühafizə orqanlarına məlumat veriləcəkdir. Bizimlə aşağıdakı ünvanlarla əlaqə saxlaya bilərsiniz: E-mail: [email protected] Telefon: +994 (77) 312 37 00 Ünvan: Məhəmməd Hadi küç 2, Bakı, Azərbaycan