Məhsul haqqında
M-Audio Forty Sixty Studio Monitor
M-Audio Forty Sixty sadəcə musiqini eşitmək üçün deyil — onu yaradıldığı kimi hiss etmək üçündür. İstər ev studiyasında, istərsə də peşəkar mühitdə çalışın, Forty Sixty studiya monitorları prodüserlərin gözlədiyi performans və çevikliyi təqdim edir.
Ağır beat-lər yazarkən, güclü solo gitara partiyalarını səsyazarkən və ya elektron musiqidə atmosferik kompozisiyalar qurarkən — bu monitorlar sizin ağıllı prodakşn tərəfdaşınızdır. Detallı və fərdiləşdirilə bilən səs hər elementin maksimum dəqiqliklə eşidilməsini təmin edir.
Studiyada eşitdiyiniz səs klubda, striminq platformalarında və digər bütün mühitlərdə eyni dərəcədə təsirli səslənəcək.
Xüsusiyyətlər
- 100 Watt gücündə bi-amp gücləndirmə sistemi (60W woofer / 40W tweeter)
- Arxa portlu korpus dizaynı
- 6.5” Kevlar konuslu genişləndirilmiş bas cavablı woofer
- 1” waveguide-li yüksək tezlikli tweeter
- Professional səviyyəli Burr-Brown A/D konverter
- Dəqiq DSP daxili crossover və 5-zolaqlı EQ
- 3 referans rejimi: Hype, Flat və Custom
- Ön paneldə dərhal keçid imkanı (Flat & Hype)
- Bluetooth 5.0 TWS ilə simsiz stereo yayım
- M-Audio Studio Control App vasitəsilə fərdi EQ və preset tənzimləməsi
- Arxa paneldə səs səviyyə tənzimləyicisi
- XLR və 6.3 mm TRS balanslı girişlər
- Vinil örtüklü MDF korpus
Texniki Xüsusiyyətlər
- Woofer: 6.5” Kevlar konus
- Tweeter: 1” waveguide-li
- Güc: 100W bi-amp (60W + 40W)
- Maksimum səs təzyiqi: 115 dB (SPL)
- Tezlik diapazonu: 40 Hz – 22,000 Hz (-10 dB)
- A/D konverter: Burr-Brown
- DSP: 5-zolaqlı EQ, 3 preset (Hype / Flat / Custom)
- Bluetooth: 5.0 TWS
- Girişlər: XLR, 6.3 mm TRS (balanslı)
- Ölçülər (H x W x D): 335 x 216 x 218 mm
- Çəki: 7.2 kq













Şərh yaz 0 Şərh yaz
0