Bu sənəddə qeyd olunan şərtlər, www.promusic.az saytı ilə veb-saytın istifadəçisi arasında mübadilə olunan qarşılıqlı məlumatların konfidensiallığının təmin edilməsi məqsədini daşıyır. Biz, sizin veb-sayta daxil olaraq ondan istifadə etdiyiniz zaman barənizdə veb-sayta daxil edilmiş məlumatları necə topladığımızı, hansı qaydada istifadə və mühafizə etdiyimizi sizə aydın şəkildə izah edə bilməyimiz üçün bu sənədi tərtib və təsdiq etmişik. Bu sənədin hazırlanmasında əsas məqsəd istifadəçilərin veb-saytdan güvənli şəkildə istifadə etmələrini təmin etmək, həmçinin, veb-saytda həyata keçirdikləri hər bir hərəkət zamanı daxil etdikləri fərdi məlumatların konfidensiallığına təminat verildiyinə onları əmin etməkdən ibarətdir. Odur ki, veb-saytdan istifadə etməzdən əvvəl saytımızın “Məxfilik Siyasəti” ilə tanış olmağınızı tövsiyə edirik. www.promusic.az veb-saytının “Məxfilik Siyasəti” başda ölkənin ali qanunu olan Azərbaycan Respublikasının Konstitusiyasına, habelə Azərbaycan Respubikasının tərəfdar çıxdığı beynəlxalq qanunvericilik aktlarına, “Fərdi məlumatlar haqqında” Qanuna, “İnformasiya əldə etmək haqqında” Qanuna və Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq hazırlanmışdır. www.promusic.az veb-saytında istifadəçi ilə veb-sayt arasında fərdi məlumat mübadiləsi Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş əsas insan və vətəndaş hüquq və azadlıqlarına riayət edilməklə, qanunçuluq, konfidensiallıq, könüllülüyün məcburiliklə uzlaşdırılması prinsiplərinə uyğun həyata keçirilir. İstifadəçiyə aid fərdi məlumatlar onun özü tərəfindən könüllük prinsipinə riayət etməklə təqdim edildiyi andan mühafizə olunur. İstifadəçinin nəzərinə çatdırırıq ki, onun tərəfindən təqdim edilmiş məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix və yer, cinsi, vətəndaşlığı, telefon nömrəsi və elektron ünvanı, yaşadığı və olduğu yer, ixtisası və iş yeri, məşğul olduğu fəaliyyət növü, ailə vəziyyəti, şəkli və digər məlumatlar) “Fərdi məlumatlar haqqında” Qanunun 5.2-ci maddəsinə uyğun olaraq tərəfimizdən qorunur və istifadəçinin özünün yazılı razılığı olmadan və ya qanunla müəyyən edilmiş hallar (“Fərdi məlumatlar haqqında” Qanunun 13-cü maddəsində göstərilən hallar) istisna olmaqla, heç bir halda üçüncü şəxslərə, idarə və təşkilatlara ötürülmür. Baş vermiş inzibati xətaları, cinayət əməllərini törətmiş şəxsləri ifşa etmək, belə hüquqa zidd əməllərin nəticələrini aradan qaldıra bilmək məqsədilə, habelə gələcəkdə baş verə biləcək inzibati xətaların, cinayət əməllərinin qarşısını almaq, cəmiyyəti belə qəsdlərdən qorumaq məqsədilə veb-sayta daxil edilmiş məlumatlar hüquq-mühafizə və məhkəmə orqanlarının təxirəsalınmaz tədbirləri zamanı və ya rəsmi sorğuları nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əməl edilməklə, istifadəçinin razılığı alınmadan, belə orqanlara təqdim edilə bilər. Nəzərinizə çatdırırıq ki, veb-saytımızda müxtəlif digər veb-saytlara, internet platformalara keçidlər yerləşdirilə bilər. Belə keçidlərə daxil olmaqla, orada apardığınız yazışmaların, təqdim etdiyiniz məlumatların konfidensiallığının təmin edilməməsi ehtimalı hər zaman mövcuddur. Həmin veb-saytlarda, internet platformalarda təqdim etdiyiniz məlumatlarınızın, hərəkətlərinizin konfidensiallığına “ProMusic” zəmanət vermir və cavabdehlik daşımır. İstənilən halda siz fərdi məlumatlarınızı saytda qeyd etməmək hüququnu özünüzdə saxlayırsınız. Ancaq nəzərə alın ki, Veb-sayt vasitəsi ilə müəyyən hərəkətləri edə bilməyiniz üçün qeydiyyatdan keçməyiniz və qeydiyyatdan keçərkən özünüzə aid müxtəlif məlumatlarınızı daxil etməyiniz zəruridir. Yuxarıda qeyd olunanlarla yanaşı, onu da nəzərinizə çatdırırıq ki, “ProMusic” gələcəkdə istənilən zaman bu “Məxfilik Siyasəti”nə birtərəfli qaydada dəyişiklik etmək hüququnu özündə saxlayır. Belə dəyişikliklərin edilməsi müxtəlif zərurətlərdən əmələ gələ bilər (məsələn: qanunvericiliyə edilmiş müxtəlif dəyişikliklərlə bağlı, istifadəçilərin veb-saytdan istifadələrinin daha da asanlaşdırılması, müxtəlif kompaniyaların həyata keçirilməsi və s.). Lakin hər bir halda, istifadəçiyə məxsus fərdi məlumatların konfidensiallığının təmin edilməsi prinsipinin aliliyi bizim tərəfimizdən hər zaman rəhbər tutulacaqdır. Bu sənədlə bağlı hər hansı iradınız, təklif və ya şikayətiniz olarsa, aşağıdakı ünvanlarımızla əlaqə saxlamağınızı xahiş edirik. E-mail: [email protected] Telefon: +994 (77) 312 37 00 Ünvan: Məhəmməd Hadi küç 2, Bakı, Azərbaycan