Səs kartı alarkən nələrə diqqət etməliyik? | Promusic.az
+994 (51) 407 63 45

Səs kartı alarkən nələrə diqqət etməliyik?

17/03/2023

Başqa sözlə səs çıxış cihazı, səs lövhəsi və ya audio kartı adlanır. O, kompüterlərdə dinamiklərin və ya qulaqlıqların köməyi ilə eşidilən audio giriş və çıxış imkanlarını təklif edir. Bəzi səs kartları oyunda, digərləri isə musiqi istehsalçıları tərəfindən istifadə olunur. Buna görə düzgün birini seçmək çox vacibdir.

Səs kartı ilə işləyən proqram EQ, ətraf parametrləri, səs keyfiyyəti və s. kimi digər parametrləri tənzimləməyə imkan verir.

Səs kartları iki əsas formada olur: komputerinizin içərisinə quraşdırdığınız kartlar və kabel vasitəsilə komputerinizə qoşulan səs cihazları.

Kompüterin səs kartına ehtiyacı olmasa da, o, hər aparatda genişləndirmə yuvasında və ya ana platada quraşdırılmışdır.

İlk səs kartı PLATO terminalları tərəfindən istifadə edilən Gooch Synthetic Woodwind hesab olunur. O, 1972-ci ildə Sherwin Gooch tərəfindən ixtira edilmişdir və 4 səsli musiqi sintezini həyata keçirə bilən sintezator idi.

 

Səs kartı niyə lazımdır?

Bu suala cavab verməzdən əvvəl, komputerin audio imkanlarını hansı səs növlərinin təmin etdiyinə qərar verməlisiniz:

1.   Ana plataya quraşdırılmış inteqrasiya edilmiş audio kartları. Bu ənənəvi seçim əksər istifadəçilər üçün kifayətdir. Dinamikləri və ya qulaqlıqları çıxış konnektorlarına qoşa bilərsiniz.

2.   Diskret səs kartları - səs formatı 7.1 təmin edə bilən inkişaf etmiş bir seçimdir

3.   Xarici audio kartlar - musiqinin səsləndirilməsi və yüksək keyfiyyətli yazılması üçün uyğun olan ən funksional aparatlardı. Belə modellər yalnız stasionar kompüterlərə deyil, həm də noutbuklara qoşula bilər.

 

Səs kartlarının əsas xüsusiyyətləri

Səs kartları ayrı – ayrılıqda iki cür olur : daxili və xarici. Birincisi anakart yuvasına, ikincisi isə korpusa daxil edilir. Daxili audioplatalar PCIe, PCI yuvaları üçün fərdiləşdirilə bilər. Sonuncusu köhnəlib, müasir komputerlərin anakartında olmaya bilər. Xarici səs kartları Usb, FireWire və ya Thunderbolt vasitəsi ilə komputer ilə birləşir.

 

Musiqi dinləmək üçün səs kartının seçilməsi

Musiqi dinləmək üçün bahalı vasitələrə ehtiyac yoxdur, sadəcə bəzi məqamları nəzərə almaq lazımdır:

-      Bit ölçüsü 16 dan az, ən yaxşısı 24 olmasıdır.

-      Diskret tezlik 44 kHz-dən başlamalıdır

-      Qulaqlıqları və optik kabeləri birləşdirmək üçün xətt çıxışlar olmalıdır

 

 

 

Promusic səs kartlarının bir sıra modelərini təklif edir:

 

M-Audio Air

Təkmilləşdirilmiş M-Audio Air 192x8 interfeysi yüksək performanslı analoqdan rəqəmsal çeviricilər və geniş I/O seçimləri sayəsində iş prosesinizə qüsursuz 24-bit/192kHz audio iki kanal əlavə edir.

Məhsul haqqında ətraflı məlumat üçün linkə daxil olun.

Focusrite

Focusrite Scarlett Solo 3-cü Nəsil 2 girişli, 2 çıxışlı USB səs kartıdır. O, xüsusi olaraq öz demolarınızı yazmaq və mahnı bəstələmək instrumenti kimi nəzərdə tutulmuşdur, lakin yüksək səs keyfiyyəti təklif edir.

Məhsul haqqında ətraflı məlumat üçün linkə daxil olun.

Arturia

Arturia Audiofuse Studio orijinal Audiofuse-un genişləndirilmiş və təkmilləşdirilmiş versiyası olan peşəkar USB audio interfeysidir.

Məhsul haqqında ətraflı məlumat üçün linkə daxil olun.

Behringer

Behringer U-PHORIA UM2 xarici səs kartı çox yönlüdür və müxtəlif musiqi avadanlığını - istər gitara və ya mikrofon birləşdirməyə imkan verir.

Məhsul haqqında ətraflı məlumat üçün linkə daxil olun.

IK MULTIMEDIA

IK MULTIMEDIA iRig Acoustic Stage xarici səs kartı akustik gitara hissəsini yazmağa imkan verən yığcam səsyazma vasitəsidir.

Məhsul haqqında ətraflı məlumat üçün linkə daxil olun.

Roland

Bu səs kartı müxtəlif mühitlərdə, məsələn, yolda istifadə üçün çox uyğundur.

Məhsul haqqında ətraflı məlumat üçün linkə daxil olun.

Solid State Logic

Əhatə dairəsi: SSL analoq və rəqəmsal audio konsolları, audio, video yayımı sahəsində istifadə olunur.

Məhsul haqqında ətraflı məlumat üçün linkə daxil olun.