Gitara və onun növləri haqqınd | Promusic.az
+994 (51) 407 63 45

Gitara və onun növləri haqqınd

07/02/2023

Dünyada ən geniş yayılmış instrumental musiqi alətlərindən biri də Gitaradır. Gitaranı bir musiqi aləti kimi demək olar ki, rock, jazz, pop və s. kimi bütün musiqi qruplarının istifadə etməsini görə bilərsiniz. Gitara 6 telli, səs pərdəli, yuxarı hissəsi simlərdən ibarət uzun nazik hissədən, aşağı gövdə hissəsi içi boş taxtadan ibarət musiqi alətdir. Gitaranın bir neçə növü mövcuddur: Klassik gitaraElektro gitara, Akustik gitara Bas gitara

 

Gitaranın tarixi və özü haqqında maraqlı faktlar.

Gitaranın tarixi haqqında bir çox fikirlər mövcuddur. Dünyanın ikinci məşhur instrumental alətidir. Gitara ilk dəfə Misirdə ortaya çıxmış,daha sonra orta asyada ud formasında olmuşdur. Sonra şərqi orta asya türkləri tərəfindən dəyişdirilmişdir. İlk dəfə 5 simli Gitara isə İspanlar tərəfindən düzəldilmişdir. 1850-ci ildə İspanyalı usta Antonio Torresin gitaranın gövdə hissədində etdiyi dəyişikliklə gitara günümüzdəki modern klassik gitara şəklinə düşmüşdür. 1920-ci illərin əvvəllərində isə bas gitaralar ortaya çıxır. Bu musiqi alətini digər musiqi alətlərindən fərqləndirən bir çox xüsusiyyətləri var. Gitara çalmaq beyninin yaddaş gücünə təsir edərək onu gücləndirir. Digər musiqi alətləri ilə müqayisədə onu özünüz fərdi şəkildə də öyrənə bilər,eyni zamanda qiymət cəhətdən də çox münasib qiymətə əldə edə bilərsiniz. Gitaranın notları piano ilə oxşar olduğu üçün bu musiqi alətini çalmağı öyrənməklə asanlıqla pianonun da öyrənə bilərsiz. Bu musiqi aləti yeganə musiqi alətidir ki,bütün musiqi alətləri ilə assosiasiya ola bilir.

Klassik gitara 

Klassik gitaranı bütün gitara növlərinin atası olaraq adlandırmaq olar. Klassik gitara 8 rəqəminə bənzəyən, sap üzərində səs telləri olan musiqi alətidir. Gövdə hissənin ortasında səs dəliyi adlanan yuvarlaq hissə var.Gitaranın telləri titrəşəndə həmin hissədən hava səs olaraq çıxır. Klassik gitarada üç qalın, üç incə tel vardır.Tellərin üçü ipək üzərinə sarılmış polad,digər 3 teli isə naylondur. Klassik gitarada sağ əl daha çox işlədilir. Sağ əldən istifadə etməklə daha çox ritm və harmoniya yaratmaq olar.Ancaq klassik gitaranın 12 tellisi də mövcuddur.

Akustik gitara

Akustik gitara görünüşcə klassik gitaraya bənzəyir.Lakin hər iki gitara arasındakı ən böyük fərq akustik gitaranın bütün telləri qalındır.Klassik gitara dar bir sapa və poladdan hazırlanmış tellərə sahibdir.Akustik gitaranın bütün telləri poladdan ibarətdir deyə səsi klassik gitaradan daha ucadan və təmiz çıxmasına səbəb olur.Akustik gitaranın telləri də özlüyündə 4 dənəsi sarımlı olan daha qalın və iki dənəsi sarımsız olan tellərdən ibarətdir.Yeni gitara öyrənməyə başlayanlar üçün daha sadə olduğu üçün klassik gitara,daha sonra akustik gitaraya keçməli olduğu bildirilir.

Elektro gitara

Elektro gitara gitarın bir növü olub titrəşimli telləri ilə titrəşimləri elektrik siqnallara çevirir. Digər gitara növlərinə nisbətən sadəcə 60 illik tarixə sahib olsa da bir çox gitara çalan insanların çalmağı arzuladığı musiqi alətidir.Səsinin digər gitara növlərinə nisbətən daha yüksək çıxması daha böyük kütlələrə çatdırıla bilməsi onun ən önəmli xüsusiyyətidir. Elektoro gitaranın üzərində səs dəliyi olmadığı üçün elektronik bir səs gücləndirici cihazı ilə istifadə olunur.

Bas gitara

Bas gitara səsi adi gitaralardan daha qalın və kontrabas gitaralardan daha nazikdir. Adi gitaradan daha qalın simlərə və daha uzun miqyaslı bas gitara gövdəsinin tonunu və səsini dəyişdirmək üçün ön tərəfində elektrik baslar üçün, yan tərəfdə isə akustik baslar üçün ekvalayzer var.Prinsipcə elektro gitaraya bənzəyir.Bas gitara digər gitara növlərindən səsi 1 oktava qalındır.Bas gitaranı çalmaq çox asan deyildir.Bu musiqi alətini çalmaq üçün hər şeydən əvvəl xüsusi musiqi duymu tələb olunur.