Məhsul haqqında
Səs sisteminin daha çox aşağı tezlikli fəaliyyətə və güclü zərbəyə ehtiyac duyduğu zamanlar olur. Xüsusilə belə vəziyyətlər üçün “Alto Professional”, TS 318S” sabvuferini təqdim edir. “TS 318S”, geniş diapazonlu dinamiklərin bas reaksiyasını genişləndirərək, aşağı bas tezliyini yenidən yaratmaq kimi çətin tapşırığı yüngülləşdirir. Nəticədə dinləyicilər, ən asta sint bas tonlarından ən parlaq zərb səslərinə qədər aradaki hər şeyi qüsursuz şəkildə eşidə biləcəklər.
“TS 318S”, kompüter vasitəsi ilə optimallaşdırılmış möhkəm korpusa sahibdir. Rezonans yaratmayan MDF materialından hazırlanmış korpus, aydın, təsirli səs təmin edən əla akustik xüsusiyyətlərə sahibdir, bu səbəbdən əyilməyə meyilli nazik metal və ya plastik divarları olan ənənəvi korpuslardan yüksək üstünlüklə fərqlənir.
Aydın, effektiv işləmək işin yarısıdır, lakin ideal səs sisteminin bir hissəsi olması üçün sabvufer, digər dinamiklərlə qüsursuz əlaqədə olmalıdır. “TS 318S” sabvuferinin əsas üstünlüyü məhz bundadır. “TS 300” seriyasından olan bütün sabvuferlərdə altı ədəd seçilə bilən “DSP” çıxış rejimi var, bu səbəbdən sabvuferin tezliyə reaksiyası və krossover tezliyi dinamiklə mükəmməl uyğunlaşır. Bu altı çıxış rejimindən dörd ədədi, geniş diapazonlu “TS2” və “TS3” dinamikləri ilə qüsursuz uyğunluq yaradır. Digər iki çıxış seçimi (Hi-Pass və ya Bypass), həmçinin Alto olmayan dinamiklərlə belə mükəmməl şəkildə uyğunlaşır.
Aktiv sabvufer
Güc: 2000 Vt pik, 1000 Vt davamlı
Yüksək effektivliyə sahib D sinif gücləndirici
18 düym vufer
Tezliyə reaksiya: 44Hz – 86Hz (- 3 dB)
Tezlik diapazonu: 35Hz – 97Hz (-10 dB)
Maksimum SPL: 133 dB
Giriş: XLR + 1/4 ”(6,35 mm) (2 ədəd)
Çıxış: XLR (2 ədəd)
Giriş səviyyəsi: Line +4 dBu (nominal)
LED ilə DSP çıxış rejimi
LED ilə faza inversiyasısı
LED ilə uzadılmış aşağı tezlik
Səs səviyyə düyməsi
Gücləndirilmiş daxili MDF qutu
Möhkəm, zərbəyə davamlı sprey örtük, intensiv istifadədə belə görünüşü qoruyur
Həddən artıq yüklənmə və isinməyə qarşı xüsusi qoruyucu sistem
Xüsusi tətbiq olunmuş yapışqanlar, yüksək istilik zamanı belə dözümlü və daimi imkan yaradır
Təsirli, canlı aşağı tezlik
Xüsusi cəhdə ethiyac olmadan təhrifsiz, aydın orta və yüksək tezliklər
Ölçülər: 680mm x 533mm x 628mm
Çəki: 39,2 kq
Şərh yaz 0 Şərh yaz
0