Kamança və onun tarixi haqqında | Promusic.az
+994 (51) 407 63 45

Kamança və onun tarixi haqqında

09/03/2023

Kamança Azərbaycan musiqi mədəniyyətində musiqi aləti kimi əvəzolunmaz mədəni irsə daxildir.Kamanca fərqli adlarla Şərqi və orta Asya xalqları arasında geniş yayılmışdır.Xanəndəlik sənəti Azərbaycanda, əsasən, XIX əsrin ikinci yarsında daha çox inkşaf etməyə başlayır.Beləliklə, kamançanın musiqi aləti kimi rolu daha çox artır.Kamançanın ilkin numunələrinin hazırlanmasına fil sümüyü,balqabaq,hind qozu istifadə olunurmuş.Zəngin melodik imkanlara malik kamançaya Nizami Gəncəvinin ‘‘Xosrov və Şirin’’ poemasında da rast gəlinir və məlum olur ki, hələ o dövrdən bu musiqi aləti Azərbaycanda geniş yayılıbmış.1638-ci ildə Azərbaycana gəlmiş alman səyyahı Engelbert Kempfer kamançanı üç simli alət kimi də təsvir edib və xalq çalğı aləti kimi xoş təsir bağışladığını vurğulayıb.Ümumilikdə beş simli də daxil olmaqla kamançanın keçən əsrdə bir neçə növü mövcud olmuşdur.

Kamança və onun muğam musiqisində rolu

Muğam muisqisinin  kökləri qədim hind,ərəb,iran,türk-şaman musiqisindən götürüldüyü deyilsə də müasir dövürdə muğamın ən çox inkşaf etdiyi yerin Azərbaycan olduğu danılmazdır.Hazırda muğam musiqisini dünyaya tanıdan da azərbaycanlılardır.Hazırda 7 uşaq musiqi məktəbində və ali təhsil müəssisələrində muğam musiqisi tədris və təbliğ olunur.Mədəniyyət və Turizm nazirliyi isə muğamın tədrisinə xüsusi diqqət yetirir.Azərbaycan bəstəkarları məhz kamança üçün xüsusi bəstələr yamışlardır. Kamança muğamlarımızın ifasında əsas rol oynayan trioya  (qaval,tar,kamança) milli musiqi alətlərimizə  daxildir.Kamançaçı öz ustadlığını məhz muğam musiqində göstərə bilir,çünki məhz burada kamançaya xas bütün barmaqlar və ştrixlər,açıq simlər,gizli ikisəslilik istifadə olunur.Xanəndəlikdə öz sözünü demiş usta sənətkarlar muğam ifa etdiyi zaman, diqqətlə müşahidə etdikdə görə bilərik ki, müəyyən anlarda xanəndələr sanki qədim şamanizim nümayəndələri kimi başqa bir aləmdə olurar.Muğam tar və kamançanın müşayiəti ilə, xanəndələrin dəfə(qavala) vurmasıyla oxunur. Kamançanın zəngin melodiyasının müşayiəti ilə muğam musiqisinin insan ruhunu bu qədər dərin oxşaması ilə muğam daha da gözəlləşir. Üzeyir Hacıbəyli kamançanın səs tembrinə yüksək qiymət verərək yazır: “Kamançada çalınan musiqi, səs etibarı ilə daha mükəmməl və insan səsinə daha yaxındır.Epizodlarda tarzən xanəndəni yamsılayır,kamançaçı isə tarzəni təqlid edir.Beləliklə kanonik imitasiya yaranır.Kamançadan sırf muğamların ifasında deyil, eyni zamanda xalq mahnılarının ifasında da istifadə olunur.

 

 

Kamançanın xüsusiyyətləri və çalınma texnikası necədir?

Kamança üç hissədən ibarətdir.Bu musiqi alətinin qol hissəsi dairəvi,pərdəsiz olur və yuxarı getdikcə enlənir.Müasir kamançanın uzunluğu 650-900 mm,çanaq hissəsinin hündürlüyü isə 175 mm,eni isə 195 mm-dir.Eyni zamanda müasir kamança 4 simdən ibarətdir və qoz ağacından hazırlanır.Səs kamanı simlərə çəkməklə alınır.Kamançanın detaşe, spikkato, leqato, qlissando  və s.ştrixləri vardır.Bu ştrixlər vasitəsi ilə onun texniki imkanlarından daha yaxşı istifadə etmək olur. Üzeyir Hacıbəyov 1925-ci ildə yazdığı ‘‘Azərbaycan musiqi həyatına bir nəzər’’ məqaləsində yazırdı ki,uzunsəsli telli aləti-musiqiyyətimizin yeganə nümayəndəsi də kamançadır. Beləliklə, kamançada çalınan musiqi ilə tarda çalınan musiqi fərqlənir. Kamançada çalınan səsləri istənilən qədər uzatmaq mümkündür,səslərin ahəngi daha zəngindir,bu xüsusiyyət kamançada çalınan musiqini insan səsinə daha yaxın edir.

Kamança alarkən nələrə diqqət edilməlidir?

Kamança ifa edildiyi zaman onun musiqisinin necə səslənməsi hər şeydən əvvəl kamandan və musiqiçidən asılıdı.Kamança alarkən ilk növbədə diqqət edilməsi zəruri amil kamança üçün kaman seçimidir. Digər musiqi alətlərinin çalınmasında mizrabdan istifadə olunursa, kamança çalğısında kamandan istifadə olunur.Kaman hər tərəfdən uclarına at tükü bağlanmış, azca əyri çubuqdur.Səslərin yaxşı çıxması ştrixlərdən onlar isə kamandan asılıdır. Əsərin ifası zamanı ştrixlərin düzgün tətbiq edilməməsi əsərin səslənməsini tamamilə dəyişib tanınmaz hala gətirə bilər.Bunun üçün kaman ştrixinin texniki imkanı maksimum dərəcədə nəzərə alınmalıdır.Müxtəlif növ kamançalar və kamança qiymətləri barədə məlumatı linkə keçid edib öyrənə bilərsiniz.