Gitara Alarkən Nələrə Diqqət Etməliyik? | Promusic.az
+994 (51) 407 63 45

Gitara Alarkən Nələrə Diqqət Etməliyik?

07/02/2023

 

İlk növbədə dinlədiyiniz musiqi tərzinə uyğun olaraq gitara seçməyiniz daha doğru olar. Burada klassik, akustik və ya elektronik gitara arasında seçim edə bilərsiniz.

Rok, metal, hard kimi intensiv musiqi dinləyirsinizsə elektronik gitara daha uyğun seçim olar.

 

Gitara ilə mahnı oxumaq istəyiniz varsa, bunu klassik gitara və ya akustik gitara ilə də edə bilərsiniz. Burada seçim sizin öhdənizə düşür. Klassik gitara ümumiyyətlə daha ucuz qiymətə alına bildiyi üçün yeni başlayanlara tövsiyyə olunur.



Klassik Gitara

 

Hər dövrdə populyarlığını davam etdirən klassik gitara, demək olar ki, hər bir dost çevrəsinin əvəzolunmaz alətləri arasındadır. Səsi ilə özünə heyran edən gitara, ən azı altı simdən ibarətdir və yumşaq tonu ilə mahnıları zövqlə dinləməyə vadar edən gitara modelidir. Digər gitara növləri ilə müqayisədə ən çox seçilən və az qala ən çox ifa olunan musiqi aləti olduğu bilinən klassik gitara, xüsusilə akkord ifa etmək və oxumaq üçün ən uyğun modellər arasındadır.

 

Hər kəs tərəfindən sevilən klassik gitara alarkən diqqət edilməli olan ən vacib məqam isə gitaranın səs lövhəsidir. Bu hissə adətən ladin və ya sidr ağacından hazırlanır. Bazarda müxtəlif marka və modellərdə gitara tapmaq çox asan olduğundan, xüsusilə həvəskar istifadəçilər üçün seçim etmək çox çətindir. Buna əsaslanaraq, məzmunumuz həm həvəskarlar, həm də peşəkarlar üçün ən yaxşı gitara markalarından ibarətdir.



Elektro gitara 

Elektrik gitaranın klaviaturası nə çox qalın, nə də çox nazik olmamalıdır, çünki akkord keçidləri zamanı əlləriniz yorula bilər.

Elektrik gitara alarkən, səs gücləndiricisi almağ tövsiyyə olunur.

10 vatt gücündə bir amper gitaranıza kifayət edəcək.

Səs gücləndiriciniz reverb effekti adlı xüsusiyyətə malik olmalıdır. Bunlara diqqət etsəniz, heç bir problem olmayacaq.

 

Akustik Gitara

Ümumiyyətlə akustik gitara, klassik gitara bənzədilsə də, xüsusilə; Blues Pop və Rock üslublu parçalarda daha çox seçilən polad simli quruluşu ilə yüksək tembrli alətdir. Ən azı 6, ən çoxu isə 12 simdən ibarətdir. Akustik gitara alarkən diqqət edilməli olan ən vacib xüsusiyyət gitaradan düzgün səsin alınıb-alınmamasıdır. Gitaramızı seçərkən özümüzə ən uyğun tembri tapıb seçimimizi ona uyğun etməliyik.

Gitara seçərkən ən vacib amillərdən biri də onun istehsalında istifadə olunan ağac növüdür. İstehsal edilərkən istifadə olunan ağaclar gitara modellərinin xarakterik xüsusiyyətlərini müəyyənləşdirir. İstifadə müddəti bu ağacın keyfiyyətindən asılıdır.

 

UKULELE

 

Ukulele simli alətdir - tellər plastikdir, yumşaqdır. Bir əllə ritm ifa edərkən digəri ilə isə akkordu ifa etməklə geniş repertuar əldə etmək olar. Uşaqlar üçün uyğun bir alətdir, çünki ukulelenin gövdəsini kiçik dostlarımız çox asan əldə saxlaya bilirlər. Ukulele də ifa edə bilən insan gitaranı asanlıqla öyrənə bilər. Ukulele simli alətdə ifa etmək istəyənlər üçün əla başlanğıc instrumentdir. Barmaqları incitmir və yormur. 

 

Saytımızda gitara modelləri genişdir : həvəskərlardan başlayaraq peşəkar ifa edənləri özündə birləşdirir. Gitara qiymətləri haqqında məlumat almaq üçün modellərimizə baxa bilərsiniz.