IK Multimedia İtaliyanın Modena şəhərində yerləşən çoxmillətli şirkətdir. Onların 9 ölkədə fəaliyyət göstərən biznes bölmələri var: İtaliya, ABŞ, Böyük Britaniya, Yaponiya, Meksika, Braziliya, Çin, Fransa və Rusiya IK Multimedia kompüterlərdə və mobil cihazlarda musiqi yaratmaq və oxutmaq üçün proqramlar, proqram təminatı, aparat və aksesuar məhsulları dizayn edir və istehsal edir.