Numarc, Akai Professional və s brendlər kimi Alesis brendi də İnmusic şirkətinə məxsusdur. 2001-ci ildə O’Donnell innovativ texnologiyanı hər bir musiqiçi üçün əlçatan etmək tarixi ənənəsinin təməlini qoyan şirkət olan Alesis-i satın aldı. Alesis ilk dəfə studiya keyfiyyətli rəqəmsal effektləri və qeydləri kütlələr üçün əlverişli hala gətirdi. Bu gün Alesis dünyanın ən sürətlə inkişaf edən elektron baraban şirkətidir, eyni zamanda Alesis uyğun qiymətli və yüksək keyfiyyətli midi kontrolleri ilə bazarda öz sözünü demişdir. Promusic tərəfindən Alesis şirkətinə məxsus Elektro barabanlar, Midi Kontrollerlər, studio Monitorları və elektro pianolar təklif olunur.