Məhsul haqqında
Les Paul™ Standard 60s Double Trouble modeli,
Bu modelin Les Paul Standard 60s modelindən əsas fərgi odur ki,gitaralarının bütün əsas xüsusiyyətlərini və yüksək səs keyfiyyətini qoruyub saxlayır. Məhdud sayda buraxılıb.
1️⃣ Pikap fərqi
Les Paul™ Standard 60s Double Trouble modelində istifadə olunan Burstbucker™ 61R və 61T humbucker pikaplar üzəri açıq (örtüksüz) formada hazırlanıb. Bu pikaplar klassik ağ rəngli bobinlərə və güclü səs ötürən Alnico 5 tipli maqnitlərə malikdir.
Les Paul Standard 60s modelində isə eyni pikaplar metal örtüklə təqdim olunur. Pikapların örtüksüz olması Double Trouble modelinə daha köhnə dövr gitaralarına xas, klassik və vintage görünüş verir.
2️⃣ Finish (örtük) fərqi
Les Paul™ Standard 60s Double Trouble modellərində istifadə olunan gövdə örtüyü, klassik lakın “Vintage” versiyasıdır. Bu örtük bir qədər solğun görünür və gitaraya bir neçə il çalınmış kimi təbii köhnəlmə effekti qazandırır.
Les Paul Standard 60s modellərində isə tam parlaq lak örtüyü istifadə olunur. Bu örtük gitaraya tam yeni, fabrikadan təzə çıxmış bir görünüş verir.
Bundan əlavə, Les Paul™ Standard 60s Double Trouble gitaralarında rəng keçidləri (burst naxışları) hər alətdə fərqlidir. Çünki hər gövdə əl ilə ayrıca boyanır. Bu da hər gitaranı görünüş baxımından tək və özünəməxsus edir.
Texniki xüsusiyyətlər
Body
- Korpus forması: Les Paul
- Korpus materialı: Mahogany
- Üst hissə: AA Figured Maple
- Korpus örtüyü: Parlaq nitroselüloz lak
- Weight Relief: Yoxdur
- Binding: Krem; üst hissə və klaviatura
Neck
- Sap materialı: Mahogany
- Birləşmə: Yapışdırılmış, Set Neck
- Profil: SlimTaper
- Menzura: 628.65 mm / 24.75 in
- Qoz materialı: Graph Tech
- Qoz eni: 43.05 mm / 1.7 in
- Klaviatura sonu eni: 57.4 mm / 2.26 in
Fingerboard
- Material: Rosewood
- Radius: 304.8 mm / 12.0 in
- Pərdə sayı: 22
- Pərdələr: Medium Jumbo
- İnlaylar: Akril Trapezoid
Electronics
- Neck pikap: Burstbucker 61R, Double Classic White bobinlər
- Bridge pikap: Burstbucker 61T, Double Classic White bobinlər
- İdarəetmə: 2 Volume, 2 Tone; Orange Drop kondensatorları ilə əl ilə yığılmış
- Pikap seçici: 3-mövqeli Toggle
- Çıxış: 1/4"



















Şərh yaz 0 Şərh yaz
0