phone
Bizimlə Əlaqə+994 77 312 37 00

Gitaranın vətəni dəqiq məlum deyil. Qədim Yunanıstanda kithara kimi bilinən alət çağdaş gitaraya heç oxşamırdı. Çağdaş altısimli Avropa gitarasının və mandolinanın atası Orta Çağlarda ərəblər tərəfindən Güney Avropaya gətirilmiş ud ya da rud olub. Qeyd edək ki, rud nümunələrinin çanağı balqabaqdan hazırlanırdı, xarici görünüşü balqabağı və gitaranı xatırladır. VII-IX əsrlərdə Ispaniyada bu alət çox məşhurlaşmışdır və bu gün də hər hansı bir ispanı gitarasız təsəvvür etmək mümkün deyil. Ispaniyadan sonra gitara bütün Avropa ölkələrində – Italiya, Almaniya, Fransa, Rusiya, daha sonra isə Amerikada geniş yayılmışdır.Hal hazırda bütün ölkələrdə demək olar ki var.