AKG Acoustics (əslində Akustische und Kino-Geräte Gesellschaft m.b.H., İngilis: Acoustic and Cinema Equipment L.L.C.) akustika mühəndisliyi və istehsal şirkətidir. 1947-ci ildə Avstriyanın Vyanada Rudolf Görike və Ernest Plass tərəfindən təsis edilmişdir. O, Samsung Electronics-in törəmə şirkəti olan Harman International Industries-in bir hissəsidir.
Hazırda AKG brendi altında satışa çıxarılan məhsullar əsasən mikrofonlar, qulaqlıqlar, simsiz audio sistemlər və peşəkar və istehlak bazarları üçün müvafiq aksessuarlardan ibarətdir.