Haqqımızda

Promusic şirkəti 2010 -cu ildə yaradılıb və Azərbaycanın musiqi alətləri və avadanlıqlarının ən böyük satıcılarından birinə çevrilib. İşə bağlılığımız, təcrübəli satış heyəti və musiqi sahəsində dərin biliklərimizlə ən yaxşı musiqi alətlərini münasib qiymətlərlə sizə təqdim edirik. Azərbaycanda müştərilərimiz üçün yüksək səviyyəli xidmət göstəririk. 

Əsas gəlir birbaşa istehlakçılardan əldə edilsə də, biz həm də təhsil və dövlət qurumlarına, eləcə də Azərbaycandakı digər pərakəndə satıcılara məhsul tədarük edirik. 

Promusic musiqi sənayesində yaxşı qurulmuş bir beynəlxalq şəbəkəyə malikdir. Birbaşa paylama təcrübəmiz sayəsində dünyanın bir çox etibarlı istehsalçılarından musiqi alətlərini alaraq ölkəmizə gətiririk. M-Audio, Akai, Marantz, Soundsation, Focusrite, Novation, Arturia, Marshall, D'Addario, Korg, Yamaha, Fender, Ibanez, Alesis, Behringer, Gibson, Shure, Dynacord və digər tanınmış və böyük markalarla partnyorluq edirik.